Lənkəranlılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin hüznlə anmışlar
Lənkəran, 20 yanvar (AZƏRTAC). Ümumxalq Hüzn Günü ilə əlaqədar lənkəranlılar “Şəhidlər” abidə-kompleksinin önündə qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatlarının təmsilçiləri, müharibə veteranları, gənclərin və ictimaiyyətin nümayəndələri, şəhər əhalisi abidə-kompleksinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları üzərinə əklillər və gül dəstələri düzmüşlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayrağı endirilmiş, Bakı vaxtilə saat 12-00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrindən səs siqnalları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]