Lerikdə torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Lerik, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 7-də Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbii fəlakət nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. 1980-ci il təvəllüdlü A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Hadisə zamanı ailənin daha üç üzvü - A.Əlirzayevin həyat yoldaşı, oğlu və qızı isə müxtəlif xəsarətlər alıblar.
Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin yardım göstərilib. Hazırda yaralıların vəziyyəti normaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO
- 15.10.2026 [19:52]