Lionel Messi cari mövsümdə ən çox qazanan futbolçudur
Bakı, 2 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi cari mövsümdə ən çox gəlir əldə edən futbolçu olub.
AZƏRTAC “France Football” nəşrinə istinadla xəbər verir ki, argentinalı hücumçu cari mövsümdə 130 milyon avro qazanıb. İkinci pillədə portuqaliyalı hücumçu Kriştiano Ronaldo qərarlaşıb. “Yuventus”da forma geyən futbolçunun il ərzində qazancı 113 milyon avro təşkil edib. Fransanın “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar isə cari mövsümdə 91 milyon avro gəlirlə üçüncü olub. İlk beşliyi “Atletiko Madrid”in hücumçusu Antuan Qrizman (44 milyon avro) və “Real Madrid”in futbolçusu Qaret Beyl (40,2 milyon avro) tamamlayıblar.
Cari mövsümdə ən çox gəlir əldə edən baş məşqçi isə Dieqo Simeone olub. “Atletiko Madrid”in argentinalı baş məşqçisi 2018-2019-cu il mövsümündə 41 milyon avro gəlir əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]