Lionel Messi İspaniya Kral Kuboku uğrunda turnirlərdə ən çox qol vuran altıncı futbolçudur
Bakı, 31 yanvar, AZƏRTAC
“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messinin ötən gün Kral Kuboku uğrunda turnirin dörddəbir final mərhələsində “Sevilya” ilə oyunun 90-cı dəqiqəsində vurduğu top onun bu yarışda 50-ci qolu olub.
AZƏRTAC xəbər verir ki, L.Messi bu qol sayəsində “Real Madrid”in əfsanəvi hücumçusu, macarıstanlı Ferents Puşkaşı (49) və “Barselona”nın sabiq hücumçusu Ladislav Kubalanı (49) qabaqlayıb. Argentinalı hücumçu bu qol sayəsində İspaniya kral kubokunun tarixində ən çox fərqlənən futbolçuların siyahısında altıncı pilləyə yüksəlib.
İspaniya Kral Kubokunda məhsuldarlığa görə birinci yerdə “Atletik Bilbao” klubunun sabiq hücumçusu Telmo Zarra qərarlaşıb. O, 81 qolla bu siyahıya başçılıq edir. İkinci yerdə sabiq futbolçu Xosep Samiter (70 qol) yer alıb. X.Samiter bu qolların 65-ni “Barselona”nın, 5-ni isə “Real Madrid”in heyətində vurub. İlk üçlüyü 62 qolla yarımmüdafiəçi Gilermo Qorostisa tamamlayıb. Hər üç futbolçu İspaniya millisinin heyətində də çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [17:42]
Cud Bellinqem İngiltərə millisinin cari ildəki ilk oyunlarını buraxa bilər
- 13.02.2026 [16:23]
Azərbaycanın güləş yığmalarında yeni məşqçi təyinatları olub
- 13.02.2026 [16:12]
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
- 13.02.2026 [15:53]
Kilian Mbappe zədəsini sağaldıb
- 13.02.2026 [15:49]
Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında çıxış edəcək
- 13.02.2026 [14:14]
Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
- 13.02.2026 [13:49]
“Sabah” daha iki futbolçu ilə yollarını ayırıb
- 13.02.2026 [13:39]