Lionel Messi yenidən Argentina millisinin heyətində çıxış etməyi planlaşdırır
Bakı, 25 yanvar, AZƏRTAC
Lionel Messi martın 22-də Argentina və Venesuela milli komandaları arasında keçiriləcək oyununda iştirak edə bilər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçunun milli komandaya qayıtması ehtimalı ilə əlaqədar Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ilə müzakirələr aparılıb.
Messi Rusiyada keçirilən dünya çempionatının səkkizdəbir finalında komandasının Fransa millisinə məğlub olmasından sonra millinin heyətində çıxış etməyəcəyini açıqlamışdı. Hücumçu birinci dəfə 2016-cı ildə Çili millisinə qarşı oyundan sonrada karyerasını bitirəcəyini bildirmişdi.
O, milli komandanın heyətində keçirdiyi 128 oyunda 65 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]