Litva klubunun azarkeşləri baş məşqçinin istefaya göndərilməsi üçün maraqlı üsula əl atıblar
Bakı, 5 avqust, AZƏRTAC
Litvanın “Jalqiris” klubunun azarkeşləri qeyri-adi etiraz aksiyası keçiriblər.
AZƏRTAC Litva mətbuatına istinadən xəbər verir ki, fanatlar ölkə çempionatının oyunu zamanı start fitindən sonra tribunadan meydançaya çamadan atmağa başlayıblar.
Tərəfdarlar bu yolla baş məşqçi Vladimir Çeburinin istefasını tələb ediblər. Əşyalar meydandan çıxarılana qədər oyun dayandırılıb.
Azarkeşlərin narazılığına və məğlubiyyətə baxmayaraq, qazaxıstanlı mütəxəssis Vilnüs təmsilçisinin baş məşqçisi vəzifəsində qalıb.
Qeyd edək ki, “Jalqiris” Vladimir Çeburinin rəhbərliyi altında üç dəfə Litva çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]