Litva səfiri: Kitab təşəbbüsləri mədəni əməkdaşlıq üçün möhkəm körpü rolunu oynayır
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Litva arasında dostluğun möhkəmlənməsində ədəbiyyat və kitab layihələri xüsusi rol oynayır. Bunlar sadəcə mədəni təşəbbüslər deyil, xalqları bir-birinə daha da yaxınlaşdıran, siyasi və iqtisadi əlaqələrdən kənarda səmimi dialoqa yol açan mühüm körpülərdir.
Bu sözləri XI Bakı Beynəlxalq Kitab Sərgisi zamanı AZƏRTAC-ın müxbirinə müsahibəsində Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kestutis Vaşkeleviçyus deyib.
“Tərcümələr, birgə nəşrlər və ədəbi mübadilələr vasitəsilə hər iki xalq bir-birinin tarixini, dəyərlərini və adət-ənənələrini daha dərindən anlamaq imkanı əldə edir. Bu, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə töhfə verir”, -deyə litvalı diplomat qeyd edib.
Səfirin sözlərinə görə, belə layihələrin xüsusi əhəmiyyəti onların uzunmüddətli təsirindədir. Siyasi və iqtisadi razılaşmalar zaman keçdikcə dəyişə bilsə də, ədəbiyyat vasitəsilə qorunub saxlanılan mədəni irs gələcək nəsillərə ötürülür və dostluğun əbədi sütununa çevrilir. “Beləliklə, kitab təşəbbüsləri xalqlarımız arasında davamlı mədəni əməkdaşlığa təkan verir, qarşılıqlı anlaşmanı möhkəmləndirir, Azərbaycan-Litva əlaqələrinin daha da inkişafına mühüm töhfə olur”, - deyə K. Vaskelyaviçyus sözlərini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]