Litva Ukraynanın NATO-ya dəvət olunması barədə qətnamə qəbul edib
Kiyev, 6 aprel, AZƏRTAC
Litva Seymi NATO-nun Vilnüsdə keçiriləcək yay sammitinə təqdim olunmaq üçün qətnamə qəbul edib.
AZƏRTAC Litva Parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qətnamədə Ukraynanın Alyansa qoşulması barədə rəsmi dəvət əks olunub.
Sənəddə deyilir ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı NATO-ya qoşulmağa dəvət etmək, şərait imkan verəndə onun üzvlüyü haqqında protokollar imzalamaq və ratifikasiya prosesinə başlamaq lazımdır.
Litva parlamentinin üzvləri hesab edirlər ki, bu addım NATO-nun Ukraynada və Avropada sülhə nail olmaq istəyini əks etdirən strateji qərarı olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]