Lombard sektoru iqtisadi aktivliyə necə təsir göstərir?
Bakı, 3 dekabr, AZƏRTAC
Lombard sektorunun maliyyə bazarındakı payı çox kiçikdir. Onun xüsusi çəkisi təxminən 1 faiz, maksimum isə 2 faiz civarındadır. Bank sektoru və bank olmayan kredit təşkilatları ilə müqayisədə lombardların ümumi həcmi xeyli azdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov məlumat verib.
O bildirib ki, lombard sektorunun payı kiçik olsa da, iqtisadiyyat və cəmiyyət üçün müəyyən təsirə malikdir.
“Çünki əsasən aztəminatlı şəxslər, maliyyə savadlılığı zəif olan insanlar və təcili pul ehtiyacı yarananlar daha çox lombardlara müraciət edirlər. Bu fəaliyyət növü dünyanın əksər ölkələrində mövcuddur və həm müsbət, həm də mənfi tərəfləri var”, - deyə ekspert əlavə edib.
Ekspertin sözlərinə görə, lombard sektorunun nəzarətsiz fəaliyyət göstərməsi ciddi problemlər yarada bilər: “Buna görə də lombardların fəaliyyəti davamlı şəkildə nəzarətdə saxlanılmalı və əhali üçün əlçatan olmalıdır. Hərçənd onların maliyyə bazarındakı payı böyük deyil, sosial baxımdan əhəmiyyətli bir sahə hesab olunur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]