Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda beynəlxalq cinayət hüququ üzrə araşdırma aparan azərbaycanlı doktorantın yolu və hədəfləri

London, 6 may, AZƏRTAC

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan azərbaycanlı gənclər dünyanın aparıcı universitetlərində ixtisaslaşaraq həm akademik, həm də peşəkar sahədə mühüm uğurlar qazanırlar. Bu proqram çərçivəsində Böyük Britaniyanın Midlseks Universitetində beynəlxalq cinayət hüququ üzrə doktorantura təhsili alan Tofiq Şəhniyarov AZƏRTAC-a müsahibəsində təhsil yolu, elmi fəaliyyəti və gələcək planlarından bəhs edib.

-Özünüzü qısa təqdim etməyinizi xahiş edərdik. Hüquq sahəsinə marağınız necə yarandı?

-Mən 2015-ci ildə Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olmuşam. 2019-cu ildə oranı fərqlənmə ilə bitirərək “Tədqiqat köməkçisi” təqaüdü ilə “ADA” Universitetinin dövlət idarəetməsi üzrə magistratura səviyyəsində təhsilimi davam etdirmişəm. 2023-cü ildən etibarən isə Midlseks Universitetində beynəlxalq cinayət hüququ üzrə doktorantura təhsili alıram. Həmçinin bir sıra universitetlərlə və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən araşdırma layihələri üzərində işləyirəm, həmçinin tədris aldığım universitetdə beynəlxalq ümumi hüquq və əlaqəli fənləri tədris edirəm. Düzü, mən uşaqlıqdan hər zaman aktyor olmaq istəmişəm. Məndə hüquqa və siyasətə və dolayısı ilə beynəlxalq hüquqa maraq təhsil aldığım müddətdə yarandı. Bakalavriat təhsilimi bitirdikdən sonra spesifik olaraq beynəlxalq cinayət hüququ sahəsində ixtisaslaşmağa başladım.

-Midlseks Universitetində PhD təhsili almaq qərarını necə verdiniz? Bu universiteti seçməyinizin əsas səbəbləri nələr oldu?

-Mən ADA Universitetində tədqiqat köməkçisi kimi çalışdığım müddətdə apardığım araşdırmanı doktorantura səviyyəsində davam etdirmək istədim. Bu məqsədlə beynəlxalq cinayət hüququ sahəsində dünyada məşhur bir neçə professora tədqiqat təklifimi də əlavə edərək bu sahədə araşdırma aparmaq istədiyimi ifadə edən e-məktublar göndərdim. Xoşbəxtlikdən hazırkı elmi rəhbərim, dünyada “soyqırımı” cinayəti üzrə aparıcı alim professor William Schabasdan cavab aldım və o, mənimlə bu mövzuda cari iş yeri olan Midlseks Universitetində işləyə biləcəyini bildirdi. Universiteti seçməyimin əsas səbəbi bu sahədəki ən yaxşı alimlərdən birinin orada elmi rəhbərlik etməsi oldu. Məncə, digər təhsil dərəcələrindən fərqli olaraq doktorantura təhsili zamanı ən önəmli amil elmi rəhbərin kim olması və tələbələrlə işləməsidir.

-Tədqiqat mövzunuz nədən ibarətdir və bu mövzunun aktuallığını necə qiymətləndirirsiniz?

-Tədqiqat mövzum beynəlxalq hüququn mübahisəli mövzularından biri olan beynəlxalq cinayətlərdə dövlət siyasəti (State policy) elementinin rolu barədədir. Soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin hər birində ayrı-ayrılıqda bu elementin yeri və roluna nəzər salaraq sintez metodunu istifadə edirəm. Bu gün dünyada baş verənləri nəzərə alaraq hazırda mövzunun aktuallığı doktorantura təhsilimə başladığım vaxtda olduğundan daha aktualdır.

-Doktorantura səviyyəsində təhsil almaq sizə hansı yeni bacarıqlar qazandırdı?

-Məncə, doktorantura təhsili çox məsuliyyət və səbir tələb edən bir işdir. Hər bir doktorant tələbə kimi əsasən araşdırma, analitik düşüncə və ən əsası nəzəriyyəyə əsaslanaraq inandırma bacarıqlarımı inkişaf etdirdiyimi düşünürəm. Tədrislə məşğul olduğum üçün fərqli beynəlxalq auditoriyalarda səlis çıxış edə bilmək kimi bacarıqlar da qazandığımı düşünürəm.

-Londonda yaşamaq və təhsil almaq sizin üçün hansı çətinliklər və üstünlüklər gətirdi?

-London şəbəkələşmə üçün əla fürsətlərin olduğu şəhərlərdən biridir. Dünyanın hər yerindən məşhur alimlərin ziyarət etdiyi, müntəzəm olaraq mühazirələrin təşkil edildiyi və iş imkanları ilə zəngin yerlərdən biridir. Həm də dünyanın bir çox nüfuzlu universitetlərinin cəmləşdiyi şəhər olduğu üçün imkanlar sonsuzdur. Bununla yanaşı, London dünyanın ən bahalı şəhərlərindən biridir. Əlavə gəlir qazanmaq üçün sahəmə uyğun araşdırma və tədris fəaliyyəti ilə də məşğul oluram.

-Londonda azərbaycanlı icması ilə əlaqələriniz varmı? Diaspora fəaliyyətində iştirak edirsinizmi?

-Londona gəldiyim ilk aydan bəri diaspora fəaliyyətində aktiv iştirak etməyə çalışmışam. Dövlət rəsmilərinə məktublar yazılmasından tutmuş beynəlxalq konfranslarda Azərbaycan haqqında aktual olan məsələlərlə bağlı çıxışlar və tədbirlərin təşkilində iştirak edirəm. Başda Britaniya Azərbaycanlılar Cəmiyyətinin sədri Fəridə Pənahova olmaqla diasporanın gördüyü işlər təqdirəlayiqdir. Digər azərbaycanlı tələbələrin təşəbbüsü və dəstəyi ilə tədbirlərin təşkili və ermənilər tərəfindən həqiqətə uyğun olmayan informasiyaların yayıldığı tədbirlərin ləğvi ilə bağlı fəaliyyətlərimiz var. Bundan başqa, universitetimizdə ayda bir dəfə keçirilən beynəlxalq hüquq üzrə doktorantura seminarlarında beynəlxalq məhkəmələrdə Ermənistanla Azərbaycan arasında baş verən yeniliklər barədə düzgün məlumatların çatdırılması istiqamətində daim mübarizə aparıram. Mən, həmçinin İtaliyanın Sirakuza Beynəlxalq İnstitutu tərəfindən, həmçinin İngiltərənin Kembric, Liverpul, Lester universitetlərində keçirilən dünyada nüfuzlu beynəlxalq konfranslarda sahəmə uyğun spiker olaraq çıxışlar edir və ya iştirakçı kimi yer alıram. Xüsusilə mənim araşdırma apardığım beynəlxalq cinayət hüququ sahəsində azərbaycanlı alim sayının az, ermənilərin isə çox olduğunu nəzərə alaraq xarici ölkələrdə bu cür fəaliyyət mütləq aparılmalıdır.

-Gələcəkdə akademik fəaliyyətinizi davam etdirmək, yoxsa praktik hüquq sahəsində çalışmaq istəyirsiniz?

-Məncə, doktorantura təhsili alan şəxs akademik fəaliyyət üçün bunu edir. Dünyanın hər yerində hüququn praktikası ilə məşğul olmaq daha gəlirli və cəlbedicidir. Lakin mən tələbələrlə işləməyi, onlardan öyrənməyi və bildiklərimi onlara öyrətməyi sevirəm. Çünki müəllim olaraq siz tələbələrinizin gələcəkdəki karyera seçimini istiqamətləndirə bilirsiniz. Bunu hər peşə sahibi edə bilmir. Ona görə özümü bizi öyrədən və istiqamətləndirən müəllimlərimə borclu hiss edirəm. Gələcəkdə də akademik fəaliyyətlə məşğul olmaq və tədqiqat aparmaq əsas istəyimdir. Akademik fəaliyyətlə yanaşı, bir sıra beynəlxalq məhkəmələrdə (Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və ya Avropa İnsan Hüquqları Məhkəməsi) və ya təşkilatlarda iş fürsətlərinə açığam.

-Siz “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alırsınız. Bu proqram sizə hansı imkanları açdı?

-Dövlət təqaüdü qazanmaqla dünyanın ən nüfuzlu təhsil müəssisələrində tanınmış alimlərdən dərs almaq, müzakirələr aparmaq və şəbəkələşmə kimi karyera üçün mühüm imkanlar qazanıram. Dövlət Proqramı işçilərinin dəstəyini də dövlətimizin dəstəyi kimi hər zaman hiss etmişəm. Bunun üçün Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və proqramın əvvəlki rəhbəri Turan Topalova başda olmaqla əməyi keçən hər kəsə yaranan problemlərin həllində çevik və operativ xidmətə görə təşəkkürümü bildirmək istərdim.

-Azərbaycanlı gənclərə, xüsusilə xaricdə təhsil almaq istəyənlərə nə tövsiyə edərdiniz?

-İxtisas və dil bilikləri il yanaşı, tələbəlik dövrünü sosial aktiv olmaları, yəni təhsildən əlavə könüllülük və ya digər fəaliyyətlərlə məşğul olmağı, ixtisaslaşmaq istədiyi sahələrdə əlavə kurslar almaqlarını tövsiyə edərdim. Bundan başqa, hər zaman imkanlara açıq olmaq və arzularının arxasınca getmək gənclər üçün çox önəmlidir. İş və təhsil həyatlarında imtina almaqdan qorxmasınlar və əsla ruhdan düşməsinlər. Bəzən sizin möcüzə hesab etdiyiniz şeylər həyatda reallaşa bilir, buna görə də əzmkar olmaq çox vacibdir.

-PhD səviyyəsində oxumaq istəyənlər üçün ən vacib məsləhətiniz nə olardı?

-Məncə, doktorantura səviyyəsində oxumaq istəyənlərin hər şeydən əvvəl dil, akademik yazı və araşdırma bacarıqlarını inkişaf etdirmələri məqsədəuyğundur. Təhsil almaq istədikləri ölkədə sahədən asılı olaraq doktorantura səviyyəsinin necə olduğu və onlardan nə tələb olunduğu ilə bağlı araşdırma etsələr və hazır bir tədqiqat sualının da yer aldığı tədqiqat təklifinə sahib olsalar, onlar üçün uyğunlaşmaq daha asan olar. Tədqiqat sualını tapmağın özü də çətin bir prosesdir, bəzən aylarla oxumaq və araşdırmaq, sahə üzrə müəllimlərlə məsləhətləşmək lazım gəlir. Bu prosesdə dəyərli müəllimlərimizin və professorlarımızın rolu danılmazdır. Əlavə olaraq, müraciət prosesinə həm zehni, həm də mənəvi olaraq hazırlaşmaq lazımdır. Mən hər kəsə uğurlar arzu edir və bütün gənclərə arzuladıqları gələcək arzu edirəm.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib