LOS-ANCELES EVSİZLƏR VƏ YOXSULLAR ŞƏHƏRİDİR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Los-Ancelesin meri xüsusi tədqiqatın nəticələri açıqlandıqdan sonra öz şəhərini “evsizlər və yoxsullar paytaxtı” adlandırmışdır. Tədqiqat göstərmişdir ki, ABŞ-ın Nyu-Yorkdan sonra bu ikinci iri şəhərində 48 min adam küçələrdə yaşayır. 88 şəhərin daxil olduğu Los-Anceles dairəsində isə 82 min evsiz-eşiksiz insan var.
Meriyanın keçirdiyi ilk ətraflı tədqiqat nəticəsində həmçinin məlum olmuşdur ki, şəhərdəki sığınacaqlar bir gecədə evsizlərin yalnız 12 faizinə yer verə bilər.
“ABŞ şəhərləri merlərinin konfransı” təşkilatının hesablamalarına görə, hazırda ölkədə 3,5 milyondan çox insanın ev-eşiyi yoxdur. Bu isə ABŞ-ın bütün əhalisinin 1,25 faizi deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]