Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat başlanıb
Bakı, 11 aprel, AZƏRTAC
Lütfi Zadə adına məntiq olimpiadasında iştirak etmək üçün elektron qeydiyyat prosesinə start verilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən bildirilib. Məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər nazirliyin saytında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeydiyyat aprelin 21-dək davam edəcək.
Qeyd edək ki, olimpiada aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə vatsap üzərindən müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]