Macarıstan millisinin baş məşqçisi: Azərbaycanlı futbolçular meydanda döyüşürdü
Bakı, 9 iyun, Nicat Məmmədov, AZƏRTAC
İkinci hissəyə yaxşı başladıq. Şanslar yaratdıq və qollar vurduq. Bəzi epizodlarda əziyyət çəkdik. İki top fərqi ilə önə keçdikdən sonra daha ehtiyatlı oynamağa başladıq. Artıq növbəti oyunu düşünürük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Avro 2020” seçmə mərhələsində Azərbaycanı 3:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
O, matçın sonlarında baş verənlərə aydınlıq gətirib: “Hakim məni qovdu. İstəmədən xətti keçdim. Həmin vaxt bildirdim ki, aut bizim lehimizə olmalıdır. Biz teatrda deyilik. Tennis oynamırıq. Futbol emosional oyundur”.
İtaliyalı məşqçi Azərbaycan yığmasının çıxışı barədə də danışıb: “Azərbaycanlı futbolçular meydanda döyüşürdü. Onların köklənməsi yaxşı idi. İlk hissədə yaxşı oynadılar. Rəqib sağ cinahdan təhlükəli hücumlar qururdu. Biz təəccüblənmədik. Matç gözlədiyimiz kimi keçdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]