Macarıstan parlamenti fevralın 26-da İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirəcək
Bakı, 20 fevral, AZƏRTAC
Macarıstan parlamenti fevralın 26-da İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Macarıstanın hakim “Fidesz” parlament fraksiyasının lideri Mate Koçişə istinadla məlumat yayıb.
“İsveçin NATO-ya qəbulu ilə bağlı protokol üzrə səsvermə parlamentin fevralın 26-da keçiriləcək sessiyasının gündəliyinə daxil edilib”, - deyə məlumatda bildirilir. Mate Koçiş “Fidesz” parlament fraksiyasının İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək niyyətində olduğunu vurğulayıb.
Xatırladaq ki, İsveç 2022-ci ildə NATO-ya üzlüklə bağlı rəsmi müraciət edib. 2024-cü il yanvarın 25-də Ankara müraciətin ratifikasiya prosesini başa çatdırıb. Macarıstan sənədi ratifikasiya etməyən yeganə NATO üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]