Macarıstan postkoronavirus dövrü haqqında düşünür
Budapeşt, 11 aprel, AZƏRTAC
Macarıstan hökuməti koronavirus pandemiyasından sonra ölkə iqtisadiyyatının dirçəldilməsi üzrə tədbirlər planını təqdim edib.
AZƏRTAC xəbər verir ki, həmin plana əsasən karantin günlərində tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərlə əlaqədar, iş yerləri zərər çəkmiş işçilərə əməkhaqqının bir hissəsinin ödənilməsi, 1,5 milyard avro məbləğində investisiyalar cəlb edilməklə iş yerlərinin yaradılması, pandemiyadan ən çox zərərçəkmiş turizm, restoran biznesi və nəqliyyat sektorlarına dövlət subsidiyaları verilməsi nəzərdə tutulur.
Bundan başqa, ailənin və pensiyaçıların müdafiəsi proqramları da hökumətin diqqətindən kənarda qalmayacaq.
Macarıstanın dövlət büdcəsində yaranmış kəsirin məbləği artaraq ümumi daxili məhsulun 1 faizindən 2,7 faizinə çatıb.
Hökumətin fikrincə, ən yaxşı halda, pandemiyaya görə itirilmiş iş yerləri qədər yeni iş yerləri yaradılmalıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]