Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstan və Azərbaycan ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir

Macarıstan və Azərbaycan ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir

Bakı, 20 avqust, AZƏRTAC

Macarıstan Azərbaycanın müstəqilliyini hələ 1991-ci ildən ilk tanıyan dövlətlərdən biri olsa da və ölkələrimiz arasında diplomatik münasibətlər hələ 1992-ci ilin aprelindən qurulsa da Bakı-Budapeşt münasibətlərinin ən uğurlu dönəmi son 10 ildə müşahidə olunmaqdadır. Müasir geosiyasi qütbləşmənin dərinləşməsi və qlobal təhlükəsizlik sahəsində müşahidə olunan boşluqlar fonunda Macarıstanın Baş naziri Viktor Orbanın özünün də bir neçə dəfə ifadə etdiyi kimi, "təkcə Avropa yox, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir". Belə bir şəraitdə dövlətlərin ümumbəşəri dəyərlərə sadiq olaraq dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qarşılıqlı fəaliyyət göstərməkdən başqa çıxış yolu yoxdur - ələlxüsus da, Azərbaycan kimi zamanında gedişatı doğru qiymətləndirərək siyasi və iqtisadi müstəqilliyini tam təmin etmiş, müstəqil siyasət yürüdən dövlətlərin hazırkı böhranlar fonunda çəkisinin artması şəraitində. Bu il yanvarın 30-da İlham Əliyevin Budapeştə səfəri zamanı liderlər mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın ifadə etdiyi kimi, "ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır".

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, həqiqətən də Budapeşt-Bakı əlaqələrinin yol xəritəsinə diqqət etsək, şəxaləndirilmiş və dərinləşməkdə olan əməkdaşlığın əhəmiyyətini dərk etmək çətin deyil.

İlk növbədə Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyduğu və yaranan situasiyada Azərbaycanın əhəmiyyətinin dərhal, Macarıstanın Baş naziri Viktor Orbanın bəyan etdiyi kimi, "bir növ sıçrayışla artması" Qoca qitədən Azərbaycana baxışı köklü surətdə dəyişdi. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun".

Qərb artıq yaxşı başa düşür ki, Prezident İlham Əliyevin bəyanatları yalnız sözdə ifadə olunmur, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ardınca Rumıniyaya, oradan Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılması reallıqdır.

Həmçinin, tükənməz və daha etibarlı qaynaq hesab edilən yaşıl enerji sahəsində Azərbaycanın artan imkanlarını görməzdən gəlmək mümkün deyil. Bu çərçivədə Qara dənizin dibi ilə Azərbaycandan mərkəzi Avropaya kabelin çəkilməsi istiqamətində addımlar çox ciddi koordinasiya tələb edir ki, bu ilin fevralından Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya müvafiq layihə üzrə gələcək fəaliyyətin konsepsiyası üzərində birgə işləməyə başlaması Bakı-Budapeşt əlaqələrində yeni səhifə açmaqdadır.

Həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gedəcək enerji həcmlərinin Macarıstandan keçməsi isə əməkdaşlığın başqa bir sferasında, tranzit tərəfdaşlıq üçün yeni potensial açır. Ötən dövrün uğurlu əməkdaşlıq təcrübəsi isə bu sahədə əla perspektivlər vəd edir. Bildiyiniz kimi, artıq dəmir yolları vasitəsilə yüklərin qarşılıqlı ötürülməsinə başlanılıb. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcminin kəskin artması fonunda, ölkəmizin Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilməsi Budapeşt üçün də fürsətdir və Prezident İlham Əliyevin Macarıstana ötən səfərində anons verdiyi kimi, "Burada Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var".

“Əlbəttə, Azərbaycan-Macarıstan əlaqələri yalnız enerji sahəsində əməkdaşlıq üzərində qurulmayıb. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə ilə ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir və xüsusən təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə ciddi qarşılıqlı dəstək verməkdədir.

O cümlədən bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və birgə fəaliyyət nümunəmiz mövcuddur.

Habelə, humanitar sahədə ciddi əlaqələr formalaşıb, 200-dən artıq Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə bu ölkədə təhsil alır. Bundan başqa, ötən səfər zamanı Azərbaycan Prezidenti mina təmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq, bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bəyan etmişdi.

Bu mənada Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri həm strateji tərəfdaşlığın dərinləşdirilməsi, həm də görülən işlərin səmərəliliyinin təhlili baxımdan mühüm imkan olmaqla əlaqələrimizin bir üst səviyyəyə yüksəldilməsi üçün yaxşı imkan olacaq”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq