Macarıstandakı Azərbaycan Evində şəhidlərimiz üçün güşə yaradılıb
Budapeşt, 16 sentyabr, AZƏRTAC
Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinin yad edilməsi məqsədilə Macarıstanın Budapeşt şəhərindəki Azərbaycan Evində guşə yaradılıb.
AZƏRTAC xəbər verir ki, Macarıstanda yaşayan və təhsil alan həmvətənlərimiz dostları ilə birlikdə günün müxtəlif vaxtlarında həmin guşəni ziyarət edərək şəhidlərimizin xatirəsini anırlar.
Qeyd edək ki, son hadisələrlə bağlı Azərbaycan Evi Macarıstandakı Azərbaycan icmasının adından yerli KİV və rəsmi qurumlara hadisələrin obyektiv qiymətləndirilməsi üçün bəyanat da göndərib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt