MADONNA DİNƏ MİLYONLAR XƏRCLƏMƏKDƏN TƏNGƏ GƏLMİŞDİR
Madonna ailəsi ilə birlikdə mütəmadi getdiyi Nyu-York Kabbalistika Mərkəzinə təkcə son 4 ildə 4,4 milyon dollar ianə etmiş, London mərkəzinə də bir o qədər vəsait keçirmişdir. Belə böyük məsrəflər müğənninin büdcəsinə zərbə vurur, lakin ailəsindəki narazılıqlar onu daha çox narahat edir. Qay Ritçi toydan sonra xanımının tək kabbalistika ilə məşğul olmasına baxmayaraq, buna bir o qədər ciddi münasibət göstərməmişdir. Onun fikrincə, Madonna “ruhən yaxınlarına” ərindən və uşaqlarından daha çox vaxt ayırır. Xristian cəmiyyətində yaşayan uşaqları Lurdes və Rokko dostlarından uzaqlaşırlar. Milad bayramını qeyd edə bilmədikləri onları xüsusilə pərişan edir.
Deyilənə görə, Nyu-York Kabbalistika Mərkəzi Madonnanın qərarından əməlli-başlı təşvişə düşmüşdür. Çünki müğənni mərkəzə yardım göstərməklə yanaşı, Hollivud ulduzlarını da öz sıralarına cəlb edirdi.
İudaizmdə mistik cərəyan olan kabbalistika neoplatonizm, qnostizm və pifaqoreizm ideyalarının, Bibliyaya rəmzlər aləmi kimi inamın qarışığından ibarətdir və təməl daşı “Ensof” (“sonsuzluq”) haqqında təlimdir.