Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ
Bakı, 21 fevral, AZƏRTAC
Ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-də səhərədək 1-2 kilometrədək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.
Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]