Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı uzadılır
Bakı, 18 iyun, AZƏRTAC
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı iyunun 21-i saat 23:59-dək uzadılır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İxtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.
Xatırladaq ki, iyunun 18-i saat 16:00-a olan məlumata əsasən, 10 min 869 bakalavr (Azərbaycan bölməsi üzrə 10 min 73, rus bölməsi üzrə 796) ərizəsini təsdiqləyib.
Müsabiqəyə yalnız iyun 21-i saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]