Mahnı Teatrında növbəti tədbir - “Kitabın işığın olsun”
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçiriləcək.
23 aprel - Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunacaq tədbir Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğunun birgə layihəsi çərçivəsində reallaşacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə türk uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu və Azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları kitablar iştirakçı uşaqlara hədiyyə olunacaq.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda kitaba və mütaliəyə olan marağı artırmaq, onların xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz rolunu qeyd etmək və türk xalqlarının mədəniyyətini təbliğ etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
- 06.06.2026 [10:48]
Aşqabadda Səməd Vurğun sorağı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]