Azərbaycan Dövlət İnformasiya Agentliyi

Makronun bəyanatı Fransanın vasitəçilik missiyasının tələblərinin pozulmasıdır

Makronun bəyanatı Fransanın vasitəçilik missiyasının tələblərinin pozulmasıdır

Bakı, 2 oktyabr, AZƏRTAC

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cinayətkar əməlləri nəticəsində cəbhə boyu baş verən qanlı hadisələr bəraəti olmayan insidentdir. Bu hadisələr Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. İşğalçı dövlətin təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirdikdə hansı plan üzərində çalışdığını aydın görmək mümkündür. Düşmənin əsas məqsədlərindən biri danışıqlar prosesini pozmaq, münaqişənin həllini uzatmaqdır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması bir neçə yaşayış məntəqəsinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Cəbhə xəttində şiddətli döyüşlər bu gün də davam edir. Azərbaycanın döyüş meydanında üstünlüyü işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Artıq dünya bu reallığı qəbul etmək məcburiyyətindədir ki, kağız üzərində qalan bəyanatlarla Azərbaycan dövlətini, xalqını arxayın salmaq, bundan sonra hələ neçə illər də gözlətməyə vadar etmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti bu məqama yönəldib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında bildirib ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir: “Dağlıq Qarabağın nəzarətsiz zona olduğu, bu ərazilərdə narkotik bitkilər yetişdirildiyi və əldə olunan vəsaitlərin terror təşkilatlarının fəaliyyətinə yönəldilməsi inkaredilməz faktlardır. Rəsmi Bakı bu faktları dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edib” söyləyən V.Rəhimzadə qeyd edib ki, lakin beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etməyə adətkar olan dövlətlər, aparıcı beynəlxalq təşkilatlar ikili siyasətləri ucbatından belə çağırışları arxaplana keçirir, özlüyündə terroru dəstəkləməklə onun coğrafiyasının genişləndirilməsinə şərait yaradırlar: “Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edərək onları Azərbaycana qarşı istifadə etdiyini təsdiqləyən xeyli sayda faktlar mövcuddur. “Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir” deyən dövlətimizin başçısı İlham Əliyev BMT-nin tribunasından işğalçı dövlətin Azərbaycana qarşı 30-dan artıq terror aktı törətdiyini bəyan edib. ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Bu statistika da dünya dövlətlərinə çox yaxşı bəllidir ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetiriblər. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Təsadüfi deyil ki, günü bu gün də həmin cani, terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir”.

Baş redaktor dünya mətbuatında da PKK muzdlularının Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşdüyünün faktlar əsasında sübuta yetirildiyini vurğulayıb. Bildirib ki, nüfuzlu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar tərəfindən PKK döyüşçülərinin Dağlıq Qarabağda məskunlaşdırılmasına göstərilən seyrçi münasibət birmənalı qarşılana bilməz. Məhz bu kimi laqeydliklərin, Ermənistan kimi təcavüzkar ölkəyə dəstəklərin nəticəsidir ki, dünya COVID-19-la birgə mübarizə apardığı bir zamanda işğalçı dövlət faşist siyasətini daha qabarıq şəkildə büruzə verir, təxribatlarını davam etdirir. “Ermənistan artıq uzun illərdir ki, işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparır” söyləyən V.Rəhimzadə Azərbaycan dövlətinin bu faktın araşdırılması ilə bağlı BMT-yə müraciət etdiyini, bu addımın işğalçı Ermənistanda və onun havadarlarında böyük narazılıqlar yaratdığını xatırladıb: “Ermənistan və ona dəstək olan dövlətlər Azərbaycan dövlətinin bu təşəbbüsünü ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina kimi dəyərləndirərək ATƏT-in Faktaraşdırıcı Missiyasının yaradılmasını daha zəruri hesab etdilər. Həmin missiya tərəfindən işğal edilmiş ərazilərə iki dəfə təşkil olunan səfər bu məqamı təsdiqləsə də, hesabatda öz əksini tapmadı. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış hesabat gözlədiyi halda, onlar baş verənlərə heç bir reaksiya vermədilər. Bu gün də eyni vəziyyət yaşanmaqdadır”.

Sentyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclasının keçirildiyini önə çəkən baş redaktor bildirib ki, iclasın nəticəsi gözləniləndən fərqli oldu. Belə ki, yekun Bəyanatda qeyd edildi ki, Azərbaycan və Ermənistan arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə cəlb edilsin, danışıqlar davam etdirilsin: “Amma gözləntilər tamamilə başqa idi. Halbuki həmin qapalı iclasda BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin icra edilməməsi ilə bağlı işğalçı dövlətə sanksiya tətbiq edilə bilərdi. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüşdə də möhtərəm Prezidentimiz bu faktı BMT rəhbərinin diqqətinə çatdırmışdır ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllülər dəstələri yaradıb. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də döyüşlərin dayandırılmasının, sülh danışıqlarının davam etdirilməsinin zəruriliyini bildirməsi bir çox məqamlara aydınlıq gətirir. Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. İşğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəflilik kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin “özünəməxsus” prinsipləri mövcuddur. Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Məhz bu sevgi Fransanın heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib. Fransa Senatında qondarma “erməni soyqırımı” məsələsini tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması da bu ölkə rəhbərlərinin erməni sevgisinin göstəricilərindəndir. E.Makron prezident seçildikdən sonra 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü də elan edib.

Bütün bu addımlar fonunda dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. Bu dəstəklərin acı nəticələrinin fərqində olmayan həmin dövlətlər heç olmasa nəhayət, dərk etməlidirlər ki, ədalət deyilən bir meyar var. Dövlətimizin başçısı İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşündəki nitqində söylədiyi bu fikirlər dünyanın bugünkü mənzərəsini təqdim edir: “Mən açıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir…İndiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin?”

V.Rəhimzadə bildirib ki, dünya ictimaiyyətinin rəsmi Bakı tərəfindən ünvanlanan bu suallara cavab vermək imkanının hansı səviyyədə olduğunu onların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri, bu günədək kağız üzərində qalan bəyanatlarının reallıqda öz əksini tapıb-tapmayacağında görmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO