Maldiv Hindistan ordusunu öz ərazisindən çıxarmaq istəyir
Bakı, 15 yanvar, AZƏRTAC
Maldiv Prezidenti Mohamed Muizzu Hindistanı adalardakı hərbi mövcudluğuna son qoymağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Maldiv Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki hökumətin nümayəndələri arasında aparılan danışıqlar zamanı bölgəyə nəzarət edən Hindistan ordusunun martın 15-dək adaları tərk etmələri tələb olunub.
Qeyd edək ki, Asiyanın əsas gücləri Hindistan və Çin Hind okeanında yerləşən ada dövləti nüfuzu altına almaq uğrunda mübarizə aparır. Adanın Çin tərəfdarı olması ilə tanınan yeni Prezidenti Mohamed Muizzu Hindistan ordusunun mövcudluğuna son qoyacağını bildirib. O, bu yaxınlarda dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əlaqələri gücləndirmək üçün ÇXR-ə səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]