Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Malik Həsənov: Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin qarşılıqlı hörmət və maraqlar prinsipinə uyğun olaraq yüksələn xətlə inkişafı təqdir edilir. Azərbaycanın qurumla, həmçinin ona üzv olan dövlətlərlə əməkdaşlığı hazırkı postmünaqişə dövründə yeni mərhələyə qədəm qoyub. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyevlə keçirilən ikitərəfli görüşdə, mətbuata bəyanatlarında, həmçinin Azərbaycan-Litva biznes forumundakı çıxışlarında da Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, üzv dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafına yaranan imkanlar geniş müzakirə edildi. Bir mühüm məqamı qeyd edək ki, Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Azərbaycanla qurum arasında əlaqələrin inkişaf xronologiyasına diqqət yetirsək, bu fikri böyük əminliklə qeyd edə bilərik ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirir, hər dövrün tələbinə uyğun olaraq bu əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Necə ki, bu gün tarixi Zəfərimiz bu əməkdaşlıqda yeni səhifə açıb.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil edir. Bu mühüm məqamı da qeyd edək ki, 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır ki, bu da adından göründüyü kimi gələcək hədəflərin açıqlanmasında və icrasında yardımçıdır. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.

Azərbaycanın Avropa üçün yeganə yeni enerji mənbəyi olduğunu vurğulayan M.Həsənov əlavə edib: “Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünya dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etdi. Xüsusi olaraq qeyd edilmişdir ki, əlbəttə, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir”.

Malik Həsənov bildirib ki, tarixi Zəfərimizin yaratdığı reallıqların Avropa İttifaqı tərəfindən qəbul olunması, qurumun bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini göstərmək məqsədilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsində təşəbbüskar kimi çıxış etməsi təqdirəlayiqdir. Artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Brüsseldə görüş keçirilib. Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının qəbuluna böyük töhfədir, ən əsası sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə ilk üçtərəfli görüş ötən ilin dekabr ayında keçirilmişdir. Həmin görüşdə Brüssel sülh gündəliyinin əsası qoyuldu. Azərbaycan bu gündəliyə sadiqdir, sülh müqaviləsinin tezliklə imzalanmasında istəyini açıq-aydın şəkildə ifadə edir. Ermənistan bu ilin aprelində Brüsseldə baş tutan görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü beş prinsipi qəbul etmişdir. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə etdilər. Ermənistanın hər bir öhdəliyə məsuliyyətsiz yanaşması diqqətdən kənarda qalmır. Litva Prezidenti ilə birgə mətbuata bəyanatında Azərbaycanın hər zaman öhdəliklərə sadiq olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz 30 il danışıqlara sadiq qaldı, hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiqinə çağırışlar etdi. Əgər sanksiyalar tətbiq edilsəydi, onda heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, ona qarşı heç bir sanksiya tətbiq edilmədi”.

Deputat vurğulayıb ki, Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti daim ona yeni dostlar, tərəfdaşlar qazandırır. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin və formatın yaradılması da dövlətimizin ədalətli mövqeyinə dəstəyin ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

Məbud Məhərəmmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Naxçıvana 258 milyon manatın ayrılması regionun dayanıqlı inkişafına yönəlmiş siyasətin növbəti mühüm hissəsidir – RƏY

Ceymi Vardi Braziliya klubu ilə anlaşıb

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: NDU-da yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir