Malik Lingani: Qlobal Bakı Forumu sivilizasiyalararası dialoqa mühüm töhfədir
Bakı, 26 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu sivilizasiyalararası dialoqa, əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verir. Belə tədbirlərin ənənə halı alması zəruridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qlobal Forumun iştirakçısı olan Burkina-Faso təmsilçisi Malik Lingani deyib.
Forumda iştirak etməkdən məmnun olduğunu deyən M.Lingani bildirib ki, bir çox tanınmış şəxslərin bu tədbirdə iştirakı Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan xəbər verir. Yüksək səviyyədə təşkil olunan Forumun ən müsbət cəhətlərindən biri də tədbirdə iştirak edən xarici qonaqlara Azərbaycanı daha yaxından tanıtmaqdır.
Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən qonaq beynəlxalq miqyasda ölkəmizə marağın artmasını məmnunluqla vurğuladı.