MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARA CAVAB VERMƏSİÜÇÜN SEMİNAR KEÇİRİLİR
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanına uyğun olaraq, “AZAUDİT” və MRİ (Moores Rouland İnternational) Assosiasiyasının Rusiyadakı nümayəndəliyi olan “Rosekspertiza” şirkətləri yanvarın 6-dan fevralın 6-dək MHSB mövzusunda birgə seminarlar keçirir. Yerli mühasibat uçotu sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə təşkil olunan 3 mərhələli bu seminarlarda maliyyəçilər, mühasiblər, iqtisadçılar və menecment nümayəndələri iştirak edirlər. Dinləyicilərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək və onlar İngiltərənin “ATC İnternational” şirkətinin MHBS mövzusunda təşkil etdiyi imtahanlara hazırlaşmaq imkanı qazanacaqlar.