Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ ƏVƏZ ƏLƏKBƏROVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli iclas iştirakçıları!

Son onillikdə milli maraqlardan irəli gələn daxili və xarici siyasətin uğurla aparılması, müasir elmi prinsiplərə əsaslanan iqtisadi strategiyanın və sosial-iqtisadi inkişaf konsepsiyasının müəyyən edilməsi, ölkənin sərvətlərindən səmərəli və məqsədyönlü istifadə olunması nəticəsində qazanılmış nailiyyətlər bir daha ümummilli liderimiz Heydər Əliyev siyasətinin düzgünlüyünə parlaq sübutdur.

Cənab Prezident, son iki ildə rəhbərliyiniz altında bu siyasətin davamı kimi makroiqtisadi göstəricilər keyfiyyətcə yeni səviyyəyə qalxmış, özəl fəaliyyətin inkişafına dinamizm verilmiş, maliyyə intizamının gücləndirilməsi, yoxsulluğun mərhələlərlə aradan qaldırılması, regionların inkişafı, işsizliyin azaldılması, əhalinin real pul gəlirləri ilə istehlak səbəti arasında tarazlığın təmin edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edilmişdir.

2006-cı ilin proqnozlarını da nəzərə alsaq, son illərin makroiqtisadi göstəriciləri bu vəzifələrin uğurla yerinə yetirilməsindən xəbər verir.

Belə ki, 1996-cı illə müqayisədə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 5,3 dəfə artmış, onun tərkibində özəl sektorun xüsusi çəkisi 79,5 faizə, adambaşına düşən həcmi 1900 ABŞ dollarına çatmışdır. Yəqin ki, belə göstəricilər dünyanın heç bir ölkəsində yoxdur.

Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata investisiya qoyuluşu 7,4 dəfə, ölkədən ixrac olunan məhsulların həcmi 13,2 dəfə, orta aylıq əmək haqqı 10,4 dəfə, dövlət büdcəsinin gəlirləri 8,5 dəfə, adambaşına düşən büdcə xərcləri 473 ABŞ dollarına yüksəlmişdir.

Dövlət büdcəsinin xətti ilə müdafiə xərcləri 8,3 dəfə, elm 7,1, təhsil 4,7, sosial təminat 7,1, mədəniyyət, incəsənət və bədən tərbiyəsi 5,1, aqrar sektor 3,6, investisiya xərcləri 44,9 dəfə artmışdır.

Son 5 ildə əhalinin əmanətləri 2,3 trilyon manata çatmaqla 1,7 dəfə artmış, Dövlət Neft Fondu və Milli Bankın valyuta ehtiyatlarının həcmi 2,2 milyard ABŞ dollarını ötmüşdür ki, bu da xarici dövlət borcundan 700,0 milyon ABŞ dolları çoxdur.

Uğurlu iqtisadi siyasətin davamı olaraq cari ilin 9 ayında ölkənin makroiqtisadi göstəriciləri yüksək olmuş, on ayda isə daha da artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 22,0 faiz, dövlət büdcəsinin gəlirləri 36,5 faiz, xərcləri 49,5 faiz artmış, inflyasiyanın səviyyəsi xeyli aşağı düşmüşdür.

Cənab Prezident, artıq Siz burada qeyd etdiniz, 10 aylıq inflyasiya səviyyəsi yəqin ki, bu günlərdə 11,4 faiz olacaqdır. Sizin xüsusi fərmanınızın icrası ilə bağlı görülən tədbirlər və hökumət orqanlarının birgə səyi nəticəsində, hesab edirəm, ilin axırınadək inflyasiya 10 faizdən aşağı olacaqdır.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkəmizin rəhbərliyinin atdığı mühüm addımlardan biri də minimum əmək haqqının oktyabr ayının 1-dən 150 min manata çatdırılması olmuşdur ki, bu da büdcə sferalarında çalışan 630 min nəfərdən çox vətəndaşın sosial problemlərinin daha dolğun həll olunmasına imkan vermişdir.

Cənab Prezident, son 3 ildə minimum əmək haqqı 27 dəfə artmışdır.

Dövlət investisiya xərclərinə ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çox vəsait sərf edilmiş, onun da əsas hissəsi sosial təyinatlı obyektlərin, ayrı-ayrı infrastrukturların, o cümlədən Vayxır hidroqovşağının, Gəncə hava limanının, avtomobil yollarının tikintisinə, regionların qaz və su təchizatının yaxşılaşdırılmasına yönəldilmişdir.

İlbəil artan büdcəyə effektli maliyyə nəzarətini təmin etmək üçün cari ilin ötən dövründə məqsədyönlü iş davam etmiş, yaxın zamanlarda isə qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə “Dövlət maliyyə nəzarəti haqqında” Qanun layihəsinin üzərində işlər başa çatacaqdır.

Möhtərəm cənab Prezident!

2006-cı il dövlət büdcəsinin tərtibi prosesindəki böyük əməyiniz və bütün problemlərə diqqət və qayğı ilə yanaşmağınız çox ciddi səmərə vermişdir. Artıq parlamentdə dövlət büdcəsi bəyənilmişdir.

Ölkəmizin tarixində ilk dəfə olaraq, büdcə ümumi daxili məhsul real olaraq 30,5 faiz, əhalinin pul gəlirləri 26,4 faiz, orta aylıq əmək haqqı 25 faiz artımla qəbul edilmişdir.

2005-ci illə müqayisədə büdcənin gəlirləri 67,7 faiz artaraq 3,8 milyard ABŞ dollarını, xərcləri 64,1 faiz artaraq 4,0 milyard ABŞ dollarını keçəcək, icmal büdcənin xərcləri, - söhbət Dövlət Neft Fondundan və Sosial Müdafiə Fondunun büdcəsindən gedir, - gələn il 5,1 milyard ABŞ dollarını ötəcəkdir. Belə göstəricilərə yəqin ki, heç bir ölkənin maliyyə qurumlarının internet səhifəsində rast gəlmək mümkün deyildir.

Prioritetlik gözlənilməklə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sistemin maddi-texniki bazasının dünya standartlarına yaxınlaşdırılması üçün xərclər dollar ifadəsi ilə təqribən 2 dəfə artırılmışdır.

Cənab Prezident, daim diqqət və qayğı göstərdiyiniz gənc nəslin sosial-mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş “İpoteka haqqında” Qanunun tətbiqi ilə əlaqədar 2006-cı ilin büdcəsində 100,0 milyard manat, minimum əmək haqqının 30 faizdən çox artırılması üçün 157,0 milyard manat, əhalinin səbirsizliklə gözlədiyi əmanətlərin indeksləşdirilməsi üçün 250,0 milyard manat vəsait nəzərdə tutulmuşdur. Sahibkarlığın inkişafı üçün 2005-ci illə müqayisədə 2 dəfə çox, investisiya xərcləri üçün 3,8 dəfə artıq vəsait ayrılmışdır. Büdcəmiz artıq ciddi inkişaf büdcəsinə çevrilmişdir.

Növbəti ildən aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün ilk dəfə olaraq ünvanlı dövlət sosial yardımının tətbiqinə önəm veriləcəkdir. Bu məqsədə dövlət büdcəsində 361,0 milyard manat, əmək pensiyalarının orta hesabla 25 faiz artırılması üçün 835,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Azərbaycanın beynəlxalq aləmdə imicinin yaxşılaşdırılması, diplomatik xidmətin əhatə dairəsinin genişləndirilməsi, yeni açılacaq səfirliklər və diasporun inkişafı üçün büdcədən 54,5 milyard manat vəsait ayrılmışdır.

Regionlarda avtomobil yollarının vəziyyəti, kommunal sektorun, ələlxüsus abadlıq işlərinin genişləndirilməsi diqqətdən yayınmamış, cari illə müqayisədə abadlıq işlərinə 52,4 faiz, yolların əsaslı təmiri və tikintisinə 65,2 faiz çox vəsait nəzərdə tutulmuşdur.

Büdcədən ölkənin enerji sektoru üzrə güclərin artırılmasına təqribən 450 milyon ABŞ dollarından çox vəsait sərf ediləcəkdir.

Kənd təsərrüfatının inkişafı, idxalı əvəz edən məhsulların istehsalının stimullaşdırılması, bir sıra ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daha dolğun ödənilməsi məqsədi ilə gübrə alınması üçün büdcədən ilk dəfə olaraq 50,0 milyard manat, aqrolizinqin inkişafı üçün 150,0 milyard manat vəsait ayrılmışdır.

Sizin bilavasitə qayğınızla ölkədə istilik təchizatının yaxşılaşdırılması və bərpası üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilk dəfə olaraq 52,0 milyard manat vəsait ünvanlanmışdır. Bundan başqa, investisiya proqramı çərçivəsində və büdcə təşkilatlarının aldıqları istiliyə görə xeyli miqdarda büdcə vəsaiti həmin şirkətin ehtiyaclarına yönəldiləcəkdir.

Yerli özünüidarəetmənin fəallaşdırılması məqsədi ilə bələdiyyələrə ayrılan dotasiya 50 faiz artırılacaqdır.

Dövlət büdcəsinə ayrılan transferlə yanaşı, 2006-cı ildə Dövlət Neft Fondunun vəsaitindən 1,8 trilyon manat, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 516,0 milyard manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payına 190,0 milyard manat, yeni yaradılacaq Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının yaradılmasına 450,0 milyard manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması xərclərinə 635,0 milyard manat vəsait yönəldiləcəkdir.

Büdcənin tərtibi zamanı antiinflyasiya tədbiri kimi xərclərin daxili bazara təsiri, vəsaitlərin ölkədə və onun xaricində xərclənməsi proporsiyası, nağd və nağdiyəsiz əməliyyatlar üzrə tarazlığın təmin edilməsi prinsipləri gözlənilmişdir.

Ümidvaram ki, 2006-cı ildə də uğurlarımız nəzərdə tutulduğundan daha artıq olacaq və onların hamısı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Son iki ildə büdcə prosesinin təkmilləşdirilməsi, onun şəffaflığının təmin edilməsində Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Mühasibat uçotu haqqında” Qanunun, “Büdcənin tərtibi və icrası Qaydaları”nın, “Vahid büdcə Təsnifatı”nın və bu qəbildən olan 100-ə yaxın normativ-hüquqi aktın çox müsbət təsiri olmuş, gələn ilin ortalarınadək xəzinədarlığın avtomatlaşdırılması isə maliyyə əməliyyatları üzrə cari nəzarətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.

Cənab Prezident!

Ölkəmizin iqtisadiyyatındakı müsbət ənənənin davamlılığını təmin etmək üçün Maliyyə

Nazirliyinin və müvafiq icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi, lakin həlli mümkün olan məsələlər durur ki, onların da bəzilərini bu gün bu iclasda qeyd etmək istəyirəm.

- Xaricdən alınan kreditlərin səmərəli istifadəsi üçün görülən tədbirlər daha da genişləndirilməli, investisiya qoyuluşlarında daxili maliyyə ehtiyatlarından istifadəyə üstünlük verilməlidir.

- Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi sürətləndirilməli, bu sahədə mövcud qanunvericilik bazası daha da təkmilləşdirilməlidir.

- Enerji sektoruna verilən dolayı subsidiyanın azaldılması və şəffaflığın təmin edilməsi işləri daha da ciddiləşdirilməli, yeni borcların yaranmasının qarşısı alınmalı, ödənişlər müvafiq proqramlarda nəzərdə tutulmuş həddə çatdırılmalıdır.

- Elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminatın inkişaf istiqamətlərini stimullaşdırmaqla, bu sahələrdə islahatlar dərinləşdirilməlidir.

- Satınalmalara nəzarəti dəqiq təmin etmək üçün normativ bazanın təkmilləşdirilməsi işi çox ciddi davam etdirilməlidir.

- Nağd pul kütləsi qıtlığını yaratmamaq üçün əsas dövlət alışlarının nağdsız qaydada həyata keçirilməsinə önəm verilməli, qiymətli kağızlar bazarının genişləndirilməsinə şərait yaradılmalıdır.

Möhtərəm cənab Prezident!

Bu gün ölkənin sabit inkişafından, əhalinin güzəranının yaxşılaşmasından, xarici siyasətdəki uğurlardan təşvişə düşən radikal müxalifət bütövlükdə bu nailiyyətləri görmək istəmədiyindən onlara hər vəchlə qara yaxır, qeyri-peşəkar təhlillər apararaq, kütləvi informasiya vasitələrində ölkənin iqtisadi inkişafı və durumu haqqında yanlış məlumatlar yaymaqla əhali arasında iqtidara qarşı süni narazılıqlar yaratmağa çalışırlar. Biz belə halların qarşısını qətiyyətlə almalıyıq.

Son hadisələr bir daha göstərdi ki, radikal müxalifət və onlara qoşulub siyasi möhtəkirliklə məşğul olan yüksək çinli bəzi dövlət məmurları özlərinin çirkin əməlləri ilə dövlət çevrilişinə cəhd etmişlər.

Dövlətçiliyin əleyhinə olan bu cür hərəkətləri və təxribatları kəskin pisləyir və belə halların yolverilməz olduğunu bir daha bəyan edirik. Ölkəmizin başçısı cənab İlham Əliyevin son günlər bu istiqamətdə atdığı qətiyyətli addımları dəstəkləyərək, Prezidentimizin ətrafında sıx birləşərək, hər birimiz vəzifə, vətəndaşlıq və partiya məsuliyyətimizi daha da artıraraq, özümüz nümunə olmaqla rəhbərlik etdiyimiz kollektivi, cəmiyyətimizi dövlətçiliyin müdafiəsi və onun möhkəmləndirilməsi yolunda mübariz olmağa çağırırıq.

Möhtərəm cənab Prezident!

Rəhbərlik etdiyim çoxsaylı kollektivin üzvləri müstəqil respublikamızın inkişafı yolundakı uğurlu addımlarınızı və tutduğunuz dəst-xətti yekdilliklə dəstəkləyir və əmin ola bilərsiniz ki, mövcud iqtisadi və maliyyə potensialından səmərəli istifadə etməklə ölkəmizin daha güclü dövlətə çevrilməsi, onun problemlərinin həlli yolunda var gücümüzlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm! X X X

Çıxış üçün söz iqtisadi inkişaf naziri Heydər Babayevə verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik