MALLARIN SATINALINMASI NECƏ TƏŞKİL EDİLMƏLİ VƏ KEÇİRİLMƏLİDİR?
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmək və Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədi daşıyan tədbirdə satınalmaların təşkili sahəsində beynəlxalq təcrübə, Azərbaycanda bu prosesin tənzimlənməsi üçün yaradılmış hüquqi baza, mövcud problemlər, malların (işlərin və xidmətlərin) satınalınması üzrə müsabiqələrin təşkili və keçirilməsi, onun texniki meyarları, yekun protokolların tərtib olunması, müqavilələrin şərtləri və mübahisəli məsələlərin həlli mövzularında məruzələr dinlənilmişdir.
Ayrı-ayrı nazirlik, komitə, şirkət və idarələrin mütəxəssisləri dövlət satınalmaları sahəsində ixtisaslarının artırılması, dövlət satınalmalarının planlaşdırılması və təşkili, müsabiqə prosedurlarının keçirilməsi, təkliflərin qiymətləndirilməsi məsələlərinə toxunmuşlar. Onlar dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərlə təmin olunmuşlar.