SİYASƏT
Mamuka Areşidze: Rəcəb Tayyib Ərdoğanın siyasəti Cənubi Qafqazda artıq müəyyən balans yaradıb
Tbilisi, 17 may, AZƏRTAC
Cənubi Qafqazın siyasətini yaxından bilən hər kəs əmindir ki, Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gələcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın tanınmış siyasətçisi, professor Mamuka Areşidze söyləyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələlər Ərdoğanın ilk turdan birmənalı şəkildə qalib olmasına müəyyən maneələr yaratdı və proses bu səbəbdən uzandı.
“Rəcəb Tayyib Ərdoğanın siyasəti Cənubi Qafqazda artıq müəyyən balans yaradıb və bu səbəbdən də düşünürəm ki, onun Gürcüstanda və eləcə də regionda çoxlu tərəfdaşı var. Böyük ehtimalla prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turu Rəcəb Tayyib Ərdoğanın qalibiyyətli qələbəsi ilə nəticələnəcək”, - deyə M.Areşidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi