İDMAN
“Mançester Siti” komandası “Liverpul”un qapısından dörd cavabsız top keçirib
Bakı, 3 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın favoriti sayılan “Mançester Siti” və “Liverpul” komandaları üz-üzə gəlib.
Görüş Mançester təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti”nin heyətində Kevin De Brüyne, Rahim Sterlinq, Fil Foden və Okslayd Çemberland (avtoqol) fərqləniblər.
Qeyd edək ki, bu oyun çempionluq yolunda formal xarakter daşıyırdı. Çünki ötən tur “Liverpul” vaxtından əvvəl çempionluğunu rəsimləşdirmişdi.
“Liverpul” 86 xalla birinci, “Mançester Siti” isə 66 xalla ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]
İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
- 30.04.2024 [13:18]
Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
- 30.04.2024 [12:35]
“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm
- 30.04.2024 [11:59]
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib
- 30.04.2024 [11:22]