“Mançester Siti” və “Liverpul”un sabiq futbolçusu: “Olimpiya” “Qarabağ”dan zəif deyil
Bakı, 28 avqust, AZƏRTAC
Məncə, “Olimpiya” komandası “Qarabağ”dan zəif deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Tselye” klubunun baş məşqçisi Albert Riera Sloveniya çempionatının V turunda səfərdə “Olimpiya”ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Lyublyana təmsilçisinin Avropa Liqasının pley-off mərhələsinin ilk matçında evdə “Qarabağ”a 0:2 hesablı məğlubiyyətini də şərh edən ispaniyalı mütəxəssis bunları söyləyib: “Əslində, “Olimpiya” rəqibinə qalib gələ bilərdi. Amma alınmadı və ilk oyunda uduzdular. Komandada yorğunluq olanda bu cür hallar qaçılmaz olur".
“Qarabağ” və “Olimpya” komandaları arasında avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Albert Riera futbolçu karyerası ərzində ölkəsinin “Malyorka”, Fransanın “Bordo”, İngiltərənin “Mançester Siti”, “Liverpul”, Türkiyənin “Qalatasaray” və İtaliyanın “Udineze” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]