“Mançester Siti”nin hücumçusu karyerasını Meksikada davam etdirəcək
Bakı, 26 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Marlos Morena karyerasını Meksikada davam etdirəcək.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı kolumbiyalı hücumçu icarə əsasında “Santos Laquna” klubunun formasını geyinəcək.
Futbolçu 2016-cı ildə Kolumbiyanın “Atletiko” klubundan 5,5 milyon avroya “Mançester Siti”yə transfer edilib. Hücumçunun ingilis klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Moreno icarə əsasında İspaniyanın “Departivo” və “Jirona”, İtaliyanın isə “Flamenqo” klublarında çıxış edib.
Qeyd edək ki, kolumbiyalı hücumçu cari mövsümdə “Flamenqo”nun heyətində 36 oyuna 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]