“Mançester Yunayted” Yan Oblakın transferi üçün 120 milyon ödəməyə hazırdır
Bakı, 30 aprel, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” futbol klubu sloveniyalı qapıçı Yan Oblakın transferi üçün “Atletiko Madrid” komandasına 120 milyon avro ödəməyə hazırdır.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, 26 yaşlı qapıçının Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir. Mançester təmsilçisi hazırda qapıçısı De Xeanın çıxışından narazı olduğu üçün onunla yeni müqavilə imzalamaq istəmir.
Qeyd edək ki, De Xea cari mövsümdə “Mançester Yunayted”in heyətində keçirdiyi 45 oyunda 60 qol buraxıb. Yan Oblak isə “Atletiko Madrid” klubunda iştirak etdiyi 44 oyunda qapısında 34 qol görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]