Mariya Zaxarova: Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir
Moskva, 15 sentyabr, AZƏRTAC
Hazırda yaranmış eskalasiyaya və gərginliyə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş dayanmayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirdiyi brifinqdə bildirib.
Diplomat daha sonra əlavə edib ki, Rusiya tərəfi bu işə zəruri kömək göstərir və müvafiq səylər davam etdiriləcək. O vurğulayıb ki, vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsas nizamlanmalıdır.
M.Zaxarova deyib: “Biz tərəfləri təmkinlilik nümayiş etdirməyə, bütün problemləri siyasi-diplomatik yolla, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində Rusiyanın məşvərətçi kimi köməyi ilə həll etməyə çağırırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]