Markus Vandt kosmik uçuşdan sonra İsveçə dönüb
Stokholm, 19 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Beynəlxalq Kosmik Stansiyaya digər üç kosmonavtla yollanan isveçli Markus Vandt uçuşdan qayıtdıqdan bir həftədən artıq müddətdən sonra öz vətəninə geri dönüb.
AZƏRTAC xəbər verir ki, Bromma hava limanında Vandtı qırmızı xalı üzərində qarşılayıblar. O, mətbuat konfransında kosmik missiya haqqında belə deyib: “Mən kapsula əyləşən kimi hiss etdim ki, bu, mənim elementimdir”.
Ölkənin Baş naziri Ulf Kristersson, təhsil naziri Mats Persson və Stokholm dairəsinin qubernatoru Anna Kinberq Batra da mətbuat konfransının iştirakçıları arasında olub. Tədbirdən sonra Vandt onunla kosmik uçuş zamanı bir yerdə olan çərçivəyə salınmış İsveç bayrağını Baş nazirə təqdim edib. “Crew Dragon” kosmik gəmisi Yerə enəndən bəri Vandt Yerin qravitasiyasına yenidən uyğunlaşmaqdan ötrü Kölndə bir neçə tibbi testdən və təlim proqramından keçməli olub.
O, kosmik stansiyada təxminən planlaşdırılmış 20 eksperimentdə, o cümlədən çəkisizliyin gövdə hüceyrələrinə təsirinin öyrənilməsi üzrə Uppsala Universitetinin bir eksperimentində iştirak edib. İsveç Kosmik Agentliyinin məlumatına görə, uçuş ölkəyə təxminən 43 milyon dollara başa gəlib.
Əvvəlcə ehtimal olunurdu ki, Vandt və ekipajın digər üzvləri Yerə iki həftədən sonra dönəcəklər. Lakin əlverişsiz hava şəraiti səbəbindən səyahət bir neçə dəfə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]