MARNEULİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ MÜAVİNİ TUTULMUŞDUR
Gürcüstan Daxili İşlər Nazirliyi Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Coxonelidzenin yanacaqdoldurma stansiyasının tikintisinə torpaq sahəsi ayrılması üçün bir nəfər qadından 10 min dollar rüşvət alması prosesini gizli kamera ilə çəkmiş və onu bu zaman yaxalamışlar. Qadın icra başçısı müavininin əvvəlcə 20 min dollar istədiyini, sonra isə məbləği 10 minə endirdiyini bildirmişdir.
Hadisə ilə bağlı Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Zurab Melikişvili mətbuat konfransı keçirmiş, korrupsiyaya qarşı amansız mübarizənin ardıcıl olaraq davam etdiriləcəyini bildirmiş, kənd məclisi sədrlərindən tutmuş bölgəyə daxil olan rayonların icra hakimiyyəti başçılarınadək hamıya rüşvətxorları Eldar Coxonelidzenin taleyi gözlədiyini xatırlatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]