Marneulidən olan soydaşlarımız Tbilisidə keçirilən turnirdə 4 medal qazanıblar
Tbilisi, 22 noyabr, AZƏRTAC
Tbilisidə idmanın Braziliya “Jiu-Jitsu” növü üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki “Georgian Jiu-Jitsu Tour” adlı turnirdə Gürcüstanın regionlarından 5-34 yaş qruplarına aid yüzdən çox idmançı gücünü sınayıb.
Turnirdə Marneulidəki “İnkişaf və Təhsil Mərkəzi”nin nəzdində fəaliyyət göstərən idman klubunun 10 nəfər üzvü iştirak edib.
Məşqçi İmran Məmmədovun yetirmələri 1 gümüş, 3 bürünc medal qazanıblar.
Turnirdə 70 kiloqram (kq) çəki dərəcəsində çıxış edən Yaşar İdrisov ikinci, Adəm Musayev (23 kq) III, Əli Kələyev (70 kq) III və Nazim Çerepanov (100 kq) III yerə çıxıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]