“Marsel” – “Qarabağ” oyununa məhdud sayda azarkeş buraxıla bilər
Bakı, 28 dekabr, AZƏRTAC
Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa məhdud sayda azarkeş buraxıla bilər.
AZƏRTAC xəbər verir ki, bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır.
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, “Marsel”-“Qarabağ” oyunu fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]