Martın üçüncü ongünlüyündə havanın minimum temperaturu Gədəbəydə qeydə alınıb
Bakı, 4 aprel, AZƏRTAC
Respublikanın əksər bölgələrində mart ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 5-6º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 6-8º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 13º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 14-15º, Şəki-Zaqatala və Lənkəran-Astarada 12-14º, Quba və Dağlıq Şirvan bölgəsində 10-11º, Gəncə-Goranboyda 14º, Gədəbəydə 8º, Ceyrançöl-Tovuzda 11-13º qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəydə -2º, Quba və Şamaxıda 1º, İsmayıllıda 2º, Maştağa, Şəki- Zaqatala, Zəngilan, Tovuz, Qazax və Gəncədə 3º, Naxçıvan və Ceyrançöldə 4º, Lənkəran və Cəfərxanda 5º, Bərdə, Zərdab və Acınohurda 6º, Göyçayda 7º təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]