Masallı məktəblisi Respublika onlayn yaradıcılıq müsabiqəsində ikinci yeri tutub
Masallı, 10 mart, Bağır Əliyev, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən onlayn müsabiqədə masallılı məktəbli uğur qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən onlayn yaradıcılıq müsabiqəsində Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi İlqarə Şahbazzadə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə 295 ümumtəhsil məktəbindən və 49 Uşaq-Gənclər İnkişaf Mərkəzindən 601 şagird qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [11:41]