Masallı və Lənkəranda tingpaylama aksiyaları təşkil olunacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 13-də Masallı və Lənkəranda ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, "Bir ağac - min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyasında minimum 10 litr həcmində plastik, minimum 5 litr həcmində şüşə, kağız və ya minimum 3 ədəd işlənmiş batareya tullantılarını təhvil verərək əvəzində ting əldə etmək mümkündür.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək həmin təşəbbüsdən yararlanmağa çağırır. Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]