Masallıda beş yeni məktəb binası istifadəyə verilmişdir
Masallı, 17 sentyabr (AZƏRTAC). Yeni tədris ilində Masallı rayonunda beş yeni məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlər çərçivəsində inşa edilmiş Xılda kəndində 640, Kəlbəhüseynlidə 220, Öncəqalada 360, Kosaküldə 180 şagird yerlik tam orta və Allahyarlı kəndində 80 şagird yerlik kənd ibtidai məktəblərində hər cür avadanlıqla təchiz olunmuş laboratoriyalar, fənn kabinetləri, kitabxana, idman zalı müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Yeni məktəblərin açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları Elmira Axundova və Nəriman Əliyev, ictimaiyyət nümayəndələri rayonun təhsil işçilərini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişlər. Natiqlər ölkəmizdə təhsilin inkişafından danışmış, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Qonaqlar yeni məktəblərdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]