Masallıda çiyələk yığımına başlanılıb
Masallı, 20 may, Bağır Əliyev, AZƏRTAC
Son illər Masallı rayonunda çiyələk əkininə maraq artıb. Məhsul istehsalçıları bunun səbəbini bu sahənin daha gəlirli və satış probleminin olmaması ilə izah edirlər.
AZƏRTAC xəbər verir ki, bir neçə gündür Masallıda çiyələk yığımına başlanılıb. Bu il havaların əlverişli keçməsi çiyələk əkini ilə məşğul olan fermerlərin və məhsul istehsalçılarının işini bir qədər asanlaşdırıb. Onların sözlərinə görə, hava şəraitinin əlverişli keçməsi məhsuldarlığın artmasına səbəb olub.
Rayonda çiyələk bitkisi əsasən Təzə Alvadı, Təklə və Çaxırlı kəndlərinin ərazisində əkilir. Məhsul istehsalçıları ötən il məhsul yığımı zamanı 1 kiloqram çiyələyin satış qiymətinin 1-2 manat olduğu halda, bu il qiymətin daha tez ucuzlaşdığını bildirirlər. İndi çiyələk yerində alıcılara 0,60-1 manata satılır. Rayonda iqlimə uyğun olaraq çiyələyin “Viktoriya” və “Qamaroza” növləri əkilir.
Ötən il Masallıda 18,3 hektar sahədən 60,4 ton çiyələk məhsulu yığılıb. Hər hektarda məhsuldarlıq 36 sentner olub.
Bu il isə rayonda 25 hektardan artıq sahədə çiyələk əkini keçirilib, 70 tona yaxın məhsulun yığılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]