Masallıda narçılığın inkişafına maraq artıb
Masallı, 3 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Son illər Masallı rayonunda narçılığın inkişafına diqqət artıb. Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, verilən subsidiyalar, təsərrüfat sahiblərini güzəştli şərtlərlə kənd təsərrüfatı texnikalarının və mineral gübrələrin satışı aqrar bölmənin digər sahələri kimi, narçılığın inkişafı üçün geniş imkanlar yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Öncəqala kənd sakini Emin Yusifov dövlət dəstəyindən yararlanaraq 2 hektar sahədə nar bağı salıb.
Təsərrüfat sahibinin sözlərinə görə, məhsuldarlığın yüksək olması üçün tinglərin əkinindən başlayaraq becərmə, budama, gübrələnmə daxil bütün mərhələlər mühüm amillərdəndir.
Qeyd edək ki, rayonun nar bağlarından məhsul yığımına oktyabrın 15-dən başlanılacaq. Bağlarda yetişdirilən məhsullar əsasən yerli bazarlarda satışa çıxarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]