MDB ekspertləri cinayət mühakiməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Minsk, 20 avqust (AZƏRTAC). Avqustun 26-27-də Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslər barəsində məhkəmə qərarlarının icrası haqqında Konvensiya layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətində məlumat verilib.
Sənədin müddəaları dövlətlərin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmamaq prinsipləri əsasında cinayət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı yardımın genişləndirilməsinə yönəlib.
Konvensiya hökmün icra edildiyi dövlət tərəfindən hökmün çıxarıldığı dövlətdə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində məhkəmə qərarlarının icrası və cinayət hüququ xarakterli tədbirlər üzrə münasibətləri tənzimləyəcəkdir. Əsas şərt budur ki, məhkəmənin qərarı qəti və qanuni qüvvəyə minmiş olmalıdır.
Sənəddə hökm ilə əlaqədar sorğuların göndərilməsi və icrası, hökmü icra edən ölkə qarşısında yaranan öhdəliklər, habelə araşdırılmaq üçün başqa ölkəyə verilmiş hökmlərə yenidən baxılması, həmin hökmlər üzrə əfvetmə və amnistiya qaydası təsbit edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]