SİYASƏT
MDB İcraiyyə Komitəsində biotəhlükələrdən müdafiə məsələləri müzakirə edilib
Minsk, 17 fevral, AZƏRTAC
Fevralın 16-17-də MDB-nin Belarusun paytaxtındakı qərargahında biotəhlükələrdən müdafiəyə dair MDB iştirakçısı olan dövlətlərin Birləşmiş informasiya sisteminin formalaşdırılması üzrə hökumətlərarası müqavilə layihəsinin razılaşdırılması məqsədi ilə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Ekspert iclasının iştirakçıları sənəd layihəsinin dövlətlərin müvafiq idarələrində nəzərdən keçirmənin nəticələri əsasında MDB İcraiyyə Komitəsinə daxil olmuş təklifləri müzakirə ediblər.
Müzakirələr zamanı prinsipial xarakter daşıyan bir sıra mülahizə və təkliflər irəli sürülüb. Müqavilə layihəsinin işlənib tamamlanması üçün ekspert iclasının materiallarını MDB Parlamentlərarası Assambleya Şurasının Katibliyinə göndərilməsi qərara alınıb.
Zeynal Ağazadə,
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk