MƏCBURİ KÖÇKÜNLƏR YENİ QƏSƏBƏLƏRƏ KÖÇÜRÜLÜR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bərdə və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış 3 min 860 ailə Ağdamda salınan qəsəbələrə köçürüləcəkdir. Hazırda “Dördyol-1”, “Dördyol-2”, Qasımbəyli, İmamqulubəyli, “Quzanlı-1” qəsəbələrinin inşası sürətlə davam etdirilir. Yaxın günlərdə məcburi köçkünlər “Bənövşələr-1” və “Səfərli” qəsəbələrində yerləşdiriləcəklər.