MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI
Müqəddəs Qurban bayramında Şəmkirdə məskunlaşan qaçqın və köçkünlərin heç biri unudulmamışdır. Rayon icra hakimiyyəti nümayəndələri xeyriyyəçi iş adamlarının köməyi ilə Kəlbəcər, Cəbrayıl, Laçın, Qubadlı və sair rayonlardan olan 200-dən artıq köçkünə bayram sovqatı aparmışlar. Soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.