MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİ ÜZRƏMİKROLAYİHƏLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ BAŞLANMIŞDIR
Məcburi köçkünlərin bir sıra sosial ehtiyaclarının həlli üçün Dünya Bankının ayırdığı 11,5 milyon ABŞ dolları (10,6 milyon yeni Azərbaycan manatı) məbləğində vəsait üç il müddətində, əsasən məcburi köçkünlərin problemləri üzrə mikrolayihələrin yerinə yetirilməsinə, habelə Bakı və Sumqayıt şəhərində, Abşeron rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərin kiçik biznesinin inkişafına sərf ediləcəkdir.
Yeni layihələrin icrasına başlanması ilə əlaqədar Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna şəhər və rayonların icra hakimiyyətlərindən, məcburi köçkün icmalarından müraciətlər daxil olmaqdadır.
Həmin müraciətlər diqqətlə araşdırılır, maliyyələşdiriləcək mikrolayihələr müəyyənləşdirilir.