Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcburiyyətdən irəli gələn etiraf

Məcburiyyətdən irəli gələn etiraf

Bakı, 23 may, AZƏRTAC

Ermənistanın baş naziri N.Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında nəhayət bəyan etdi ki, ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyır və buraya Qarabağ da daxildir. Bu həqiqəti ictimai şəkildə etiraf etmək üçün N.Paşinyan şəxsi mənada hansı psixoloji baryerləri aşmalı olub, bu, onun özünə daha çox məlumdur. 2019-cu ildə Şuşada “Qarabağ Ermənistandır və nöqtə” deyən birisinin, xüsusilə dövlət başçısının öz mövqeyindən imtina etməsi və həqiqəti dilinə gətirməsi sıradan bir hadisə deyil. Elə ona görə də etirafın könüllü şəkildə edilməsindən danışmaq yersizdir. Çünki Paşinyan buna qədər Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, Qarabağın Azərbaycan ərazisi olduğunu ictimai şəkildə etiraf etməkdən yayınırdı. Prezident İlham Əliyev elə bu səbəbdən aprelin 18-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə növbəti konkret tələbini səsləndirərək Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə qoydu: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu cür birmənalı tələbinin üstündən cəmi bir ay sonra Ermənistanın baş naziri həqiqəti dilinə gətirməyə məcbur oldu. Yəni, bu etirafın arxasında könüllülük amilinin və ya praqmatik siyasətçi mövqeyinin dayandığını düşünmək sadəlövhlük olardı. Çünki müharibə bitdikdən sonra məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlamış sülh danışıqları prosesində dəfələrlə görmüşük ki, Ermənistanın hökumət başçısı dünən dediyini səhəri gün təkzib etməyə də meyillidir. Vaşinqtonda bir, Brüsseldə başqa, Moskva görüşlərindən dərhal sonra isə hər ikisinə zidd bəyanatlar səsləndirən N.Paşinyan, əslində, nümayiş etdirir ki, Ermənistan müstəqil mövqe imkanlarını hər ötən gün daha çox itirməkdədir. O, Azərbaycan hakimiyyətinin qətiyyətli mövqeyi və siyasi iradəsi ilə hesablaşmağa məcbur olduğu kimi, nə qədər təzadlı görünsə də, bir-biri ilə toqquşan xarici faktorlardan da xeyli dərəcədə asılıdır. Ona görə də gözlənilən Moskva və Kişinyov görüşlərinin ardınca Paşinyanın indiki mövqeyinə sadiq qalacağı sual altındadır. Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi faktiki olaraq çabalayır, Ermənistanı özününkü hesab edən fərqli xarici qütblərin diktəsindən kənara çıxa bilmir, onların arasında həlledici seçim etməkdə çətinlik çəkir, nəticədə isə ziddiyyətli bəyanatları ilə etibarlı və müstəqil söz sahibi olmaması ilə bağlı rəyin möhkəmlənməsinə əsas verir. Əgər belə olmasaydı, N.Paşinyanın son bəyanatından cəmi bir gün sonra - mayın 23-də onun hökumətinin xarici işlər naziri A.Mirzoyan Azərbaycanın öz suveren ərazisində qurduğu “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə etiraz etməzdi. O da danılmazdır ki, N.Paşinyana kənardan göstərilən təzyiqlər getdikcə daha çox artır. Lakin onu da görməliyik ki, Paşinyan bu cür cəhdlərinin arxasında gizlənməkdə, onların mövcudluğundan sui-istifadə edərək vaxt udmaqda maraqlıdır. Bununla yanaşı, son bəyanatdan sonra Ermənistan rəhbərliyinə təzyiq edən ünvanın koordinatları özünü daha açıq şəkildə göstərməkdədir. Xankəndidəki separatçı rejimin mayın 22-si gecə saatlarında təcili toplantı keçirməsi və Ruben Vardanyan kimi alət fiqurların yenidən işə salınması bunun ilk təzahürlərindəndir. Amma həm separatçılar, həm də kənardan onlara ümid verənlər bilməlidirlər ki, Azərbaycan Prezidentinin separatçılarla bağlı mövqeyi birmənalıdır və Prezident İlham Əliyev edə bildiyini söyləyən, söylədiyini isə mütləq edən liderlərdəndir. Dövlətimizin başçısı aprel ayında Azərbaycan Televiziyasına verdiyi müsahibədə etnik erməni azlığı və separatçılarla bağlı qəti mövqeyini bu cür ifadə etmişdi: “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”. Təbii ki, cinayətkar separatçılar imkan tapıb gedə bilsələr...

Qeyd olunub ki, Ermənistan rəhbərliyinin ürkək də olsa, həqiqətləri yavaş-yavaş etiraf etməsinə və Vaşinqton-Brüssel-Moskva üçbucağında hələ də vurnuxmasına, bundan irəli gələn ziddiyyətli bəyanatlarına, eləcə də Parisin və Tehranın birmənalı mövqeyinə baxmayaraq, Azərbaycan hakimiyyəti təşəbbüs göstərdiyi sülh gündəliyinə sadiqdir. Prezident İlham Əliyev ölkəmizin mövqeyini mayın 22-də Litva Respublikasına rəsmi səfəri zamanı bir daha təsdiq etdi: “Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək... Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

“Bir neçə gündən sonra dövlət müstəqilliyimizin elan olunmasının 105-ci ildönümünü qeyd edəcəyik. Prezident İlham Əliyev bu tarixi günün ictimai-siyasi əhəmiyyəti ilə bağlı fikirlərini bu cür ifadə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Ermənistan siyasiləri, o cümlədən rəsmiləri tez-tez mifik tarixi keçmişlərinə və uydurma xəritələrə istinad edir, xəstə təxəyyüllərinə uyğun olaraq az qala Yer üzündə həyatın da ermənilərdən başladığını deməkdən belə, utanmırlar. Bir tərəfdə xəstə təfəkkür, uydurma tarix və bundan doğan monoetnik cəmiyyət, digər tərəfdə isə, etnik təmizləmələrə və deportasiyalara məruz qalmasına, dədə-baba torpaqlarımızın Ermənistana peşkəş edilməsinə baxmayaraq, çoxmillətliliyini, dövlətçilik ənənələrini qoruyub saxlaya və Şərqdə ilk müstəqil demokratik dövlətini qura bilmiş Azərbaycan xalqı. Elə buna görə də xalqımız ömrü cəmi 23 ay çəkmiş Cümhuriyyəti bərpa edə bildi. Dövlət Bayrağımızı isə 70 il sonra- 1990-cı il noyabrın 17-də yenidən ucaldan Ulu Öndər Heydər Əliyev oldu. Xalqımız 1993-cü ilin birinci yarısında dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üzləşdiyi və vətəndaş müharibəsinə sürükləndiyi vaxt, onun imdadına yetişən və xilaskarlıq missiyasını həyata keçirən yenə də Ulu Öndərimiz oldu. Heydər Əliyev şəxsi fədakarlığı, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz siyasi iradəsi ilə sübut etdi ki, xalqın güvəndiyi və xalqına güvənən Ümummilli Lider ən müşkül vəzifənin də öhdəsindən gələ bilir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası həm də onun əyani nümayişi oldu ki, dövlət müstəqilliyini qorumaq və onu həqiqi mənada təmin etmək müstəqilliyi bəyan etməkdən qat-qat çətindir. Təməli Heydər Əliyev tərəfindən qoyulan və 2020-ci ildə tarixi qalibiyyət zirvəsinə yüksələn Azərbaycan heç vaxt indiki qədər güclü, siyasi və iqtisadi cəhətdən müstəqil olmayıb. Mayın 28-də dünya azərbaycanlıları üçüncü ildir ki, məhz qalib Azərbaycanın Müstəqillik Gününü qeyd edəcək. Elə həmin gün qardaş Türkiyə bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan Prezident seçkilərinin ikinci turunu keçirəcək. Əminəm ki, bu seçkinin nəticəsi Ermənistanı və ona havadarlıq edən dairələri növbəti dəfə məyus edəcək. O da şübhəsizdir ki, bu tarixdən sonra Ermənistanın və onun himayədarlarının manevr və imitasiya cəhdlərinin dairəsi daha çox kiçiləcək, tarixi ədalət beynəlxalq hüquq normaları əsasında rəsmən tanınmalı olacaq”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir